Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) böyük bir nümayəndə heyəti Türkiyəyə gəlib. Nümayəndə heyəti Türkiyənin müdafiə sənayesi başda olmaqla, müxtəlif sahələrdə investisiya imkanlarını qiymətləndirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Məlumata görə, əsas diqqət müdafiə sənayesi, metro və sürətli qatarlar, xüsusilə də bərpa olunan enerji kimi infrastruktur layihələri vasitəsilə iki ölkə arasında ticarətin artırılmasına yönəldilib.
"Hürriyyət" qəzeti qeyd edir ki, görüşlərdə BƏƏ-dən Türkiyəyə 25-30 milyard dollar sərmayə gözlənilir, Türkiyənin ixracatının 5 milyard dollardan 10 milyard dollara yüksəldilməsi hədəflənir. Digər tərəfdən, investisiya fəaliyyətlərində müdafiə sənayesinin ön plana çıxacağı təxmin edilir.
Əldə edilən digər məlumata görə, BƏƏ də Türkiyədən hücum helikopterlərinin tədarükü ilə yaxından maraqlanır.
"Roketsan" və BƏƏ müdafiə sənayesi sektorunun "Tawazun" şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Seçkilərdən sonra ənənəvi olaraq ilk xaricə səfərini Şimali Kipr və Azərbaycana edən Prezident Rəcəb Tayyib Ərdoğanın bayramdan sonra böyük bir heyətlə Birləşmiş Ərəb Əmirliklərinə getməsi planlaşdırılır.
- Bakıda əməliyyat: Polisə balta ilə hücum etdi...
- Hər gün tıxac olurdu: tamamilə aradan qaldırıldı - Video
- Bakıda 1 kq alça, görün, neçəyə satılır - Şok qiymət
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi