Mülki ermənilərin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən keçidi təmin edilib.
BUTA.TV xəbər verir ki, bununla bağlı görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.
Onların avtomobilləri prosedura uyğun olaraq yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı