ABŞ dövlət katibi Entoni Blinkenin vasitəsçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Vaşinqtonda görüşə başladığı günü Qarabağda separatçıların Azərbaycan hərbçilərinə atəş açması təsadüfi deyil. Böyük ehtimalla Kreml Vaşinqton görüşünü pozmaq üçün separatçılara “atəş açın” əmrini verib. Bu əmri yerinə yetirənlər ağır zərbə alıblar, 4 separatçı öldürülüb. Bu olay erməni separatçılarının qısa müddətdə tərksilah olunmasını aktuallaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Vaşinqtondakı müzakirələrə gəldikdə, danışıqların nəticəsiz qalması üçün 3 qüvvə - Kreml, erməni separatçıları və Daşnaksütyun Partiyasının simasında radikal müxalifət (İrəvanda səfirliklər qarşısında etirazlara start veriblər) birləşiblər. Ermənistanın Baş naziri Nikol Paşinyan yenə yarıyoldan qayıdacaq, yoxsa “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” açıqlamasını sənəddə əksinə razılaşacaq – bunu Vaşinqton görüşünün nəticələri göstərəcək. Ararat Mirzoyan Vaşinqtonda Paşinyandan telefonla alacağı son təlimatı əsasında hərəkət edəcək”, - politoloq bildirib.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı