Türkiyədə zəlzələ nəticəsində dəyən maddi zərər 100 milyard dollardır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki deyib.
“Asan deyil. 50 min vətəndaşımız torpağın altındadır. Onları geri gətirməyə gücümüz yoxdur. Maddi zərər 100 milyard dollardır. Belə bir rəqəm büdcədə varmı? Əlbəttə ki, yoxdur. Amma Allah kərimdir. Biz inanırıq. İnşallah, tutan əlimiz, görən gözümüz, yeriyən ayağımız olacaq və işimiz yolunda gedəcək. Heç kim bundan narahat olmamalıdır”, - nazir bildirib.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı