“Ukroboronprom” Dövlət Konserninin baş direktoru Yuri Qusev vəzifəsindən azad edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.
Qusevin əvəzinə ölkə hökuməti “Ukroboronprom”un rəhbəri vəzifəsinə əvvəllər Malışev adına Xarkov zavoduna rəhbərlik etmiş Herman Smetanini təsdiqləyib. Nəşrin məlumatına görə, qərar iyunun 28-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Ukrayna mediası Y.Qusevin vəzifədən çıxarılmasına səbəbin onun rəhbərliyi altında konsernin raket proqramının iflasa uğramasını göstərib.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı