Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana xüsusi minnətdarlıq edib.
BUTA.TV xəbər verir ki, Baş nazir onu və başçılıq etdiyi nümayəndə heyətini ötən həftə qəbul etdiyinə görə Azərbaycan xalqına və hökumətinə xüsusi minnətdarlıq əlaməti olaraq bu gün İslamabadda keçirilən mərasimdə ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadovun əlini tutub.
Qeyd edək ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. İyunun 15-də Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək, sonra isə geniş tərkibdə görüşü keçirilib.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək