Türkiyə Mərkəzi Bankı cümə axşamı faiz dərəcələrini artıra bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
“Cümə axşamı Mərkəzi Bankın Pul Siyasəti Komitəsinin iclası keçiriləcək. İclasa ilk dəfə Mərkəzi Bankın rəhbəri Hafizə Qayə Ərkal sədrlik edəcək”, - məlumatda deyilir.
Qeyd olunur ki, faiz dərəcələri artırılacaq, lakin kəskin deyil:
“Türk lirəsinin xarici valyutalara nisbətdə ucuzlaşması üç həftədir ki, davam edir. Bazar ertəsi səhər bir dollar 23,63 lirə təşkil edir. Türkiyə Mərkəzi Bankı uzun müddətdir ki, uçot dərəcəsini dəyişmir, indi 8,5%-dir. Prezident Ərdoğan isə hakimiyyətdə olduğu müddətdə faizlərin aşağı salınacağını bildirmişdi”.
Qeyd edək ki, Türkiyədə Mehmet Şimşək maliyyə və xəzinə naziri təyin ediləndən dərhal sonra Mərkəzi bankın sədrliyinə də Hafizə Qayə Ərkal gətirilib. Dünyanın tanınmış iqtisadçılarından olan hər iki şəxsin Türkiyə iqtisadiyyatına xüsusi töhfə verəcəyi gözlənilir.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı