Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə zamanı DAF markalı sement daşıyan yük maşını ilə sərnişin avtobusu toqquşub. Bu zaman yük avtomobili yol ayırıcısı olan betona dəyib və aşıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.
Qəza zamanı DAF-ın sürücüsü xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı