Qazaxıstan Respublikasının dövlət rəmzlərini təkmilləşdirmək lazımdır.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bildirib.
“Dövlət rəmzlərini təkmilləşdirmək lazımdır. Bu gün hər hansı bir dövlətin təsir səviyyəsi əsasən milli brendin gücü ilə müəyyən edilir, onun effektiv təşviqi üçün vahid üsluba və ümumi standartlara riayət etmək vacibdir. Rəmzlərimiz özünəməxsus milli kodumuzu aydın və parlaq şəkildə ifadə etməlidir. Qazaxıstan xalqları Assambleyasının bu yaxınlarda keçirilən sessiyasında mən ölkənin heraldik simvollarının daha da təkmilləşdirilməsinin zəruriliyindən danışdım. Düşünürəm ki, ilk növbədə regionlarımızın, şəhərlərimizin gerblərini ortaq məxrəcə gətirmək lazımdır. İndi onların bir çoxu forma və məzmun baxımından fərqlənən ən elementar tələblərə və qanunlara cavab vermir. Bu, haqlı olaraq ictimai tənqidə səbəb olur. Odur ki, bu sahədə hərtərəfli təhlil aparmaq və ümumi yanaşmalar işləyib hazırlamaq lazımdır”, - Tokayev vurğulayıb.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı