Qəzvin əyalətinin Takistan mahalında 6 min hektar bağ sahəsi quraqlıq və su çatışmazlığı nəticəsində məhv olub.
BUTA.TV xəbər verir ki, bu barədə Takistanın İran parlametindəki nümayəndəsi Rəcəb Rəhmani məlumat verib.
"Bölgə əhalisinin 25 faizinin məşğulluğu bağçılıqdır. Susuzluq səbəbindən bağların məhv olması vətəndaşların məişət və məşğulluq problemlərinin daha da dərinləşməsinə səbəb olacaq", - o bildirib.
Millət vəkilinin sözlərinə görə, İranın üzüm bağlarının əksəriyyətinin yerləşdiyi Qəzvin əyaləti, xüsusilə Takistan bölgəsinin kənd təsərrüfatı sahəsində susuzluq probleminin həlli üçün su kəmərinin çəkilməsi təklifinə əhəmiyyət verilməyib.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı