Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
BUTA.TV erməni mediasına istinadən xəbər verir ki, rus səfirin XİN-ə çağırılması Laçın yolunda baş verən son hadisələrlə bağlıdır.
Belə ki, ərazidə baş vermiş insidentlə bağlı səfirə kəskin narazılıq çatdırılıb.
Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması və vəziyyəti düzəltmək üçün bütün lazımi tədbirlərin görülməsi ilə bağlı müraciət edilib.
Qeyd edək ki, ötən gün S.Kopırkin ermənilərin etirazı fonunda verdiyi açıqlamasında Rusiya sülhməramlılarının Qarabağda alternativinin olmadığını bildirmişdi.
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi