Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Dünya səviyyəli dahi şəxsiyyət Heydər Əliyevin ölkələrimiz arasında diplomatik münasibətlərin, strateji əməkdaşlıq əlaqələrinin əsasının qoyulmasında böyük rolu olub. Azərbaycan-Belarus əlaqələri qarşılıqlı səmərəli əməkdaşlıq üzərində qurulub.
BUTA.TV xəbər verir ki, bunu Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov iyunun 16-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Ölkələrimiz arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu vurğulayan diplomat deyib:
“Biz həmişə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və onun dəstəyinə arxalanırıq. İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək”.
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi