Xaçmazda fəhlələri aparan avtomobil qəzaya düşüb, 3 nəfər xəsarət alıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama yolunun 42-ci kilometrliyində qeydə alınıb.
Belə ki, "VAZ-Granta" markalı minik avtomobili ilə "Mersedes" markalı minik avtomobili toqquşub. Nəticədə Xudat şəhər sakinləri - 1982-ci il təvəllüdlü Süleymanova Yeganə Hədət qızı, 1962-ci il təvəllüdlü Qonaqova Yavər Xanbala qızı və Qusar rayon sakini, 1980-ci il təvəllüdlü Əlimuradov Rasim Abdulqədir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların rayonda işlədiyi bağdan evə qayıtdıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi