Ermənistanın Laçın postunda təxribat hücumu təkzibedilməz faktlarla sübut olunub. Artıq ermənilər də bunu təkzib edə bilmir, müxalifət isə bu təxribata görə Nikol Paşinyan hakimiyyətini ittiham edir.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Qarabağdakı ermənilər isə Ermənistan hakimiyyətinin bu təxribatı Azərbaycana fürsət vermək üçün törətdiyini iddia edirlər.
“Hraparak” nəşri Qarabağdakı separatçılara istinadən yazır ki, Ermənistan hakimiyyəti təxribatı qəsdən törədib.
“Məqsəd vəziyyəti gərginləşdirmək və Azərbaycanın Qarabağa nəzarəti təmin etməyini legitimləşdirməkdir. Nəticədə sərhəd-keçid məntəqəsi bağlandı və proses bu istiqamətdə gedir”, - Qarabağdakı ermənilər qeyd edirlər.
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi
- Vüsal Aslanov xəsarət alan sərnişinləri ziyarət etdi
- Xəzər dənizində zəlzələ oldu
- Kürdə suyun səviyyəsi artır: Proses nə vaxta kimi davam edəcək?