İyunun 15-i Azərbaycanda işgüzar səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevlə görüşü zamanı maraqlı dialoq yaşanıb.
“BUTA,TV” Pakistan mediasına istinadən xəbər verir ki, Şahbaz Şərif İlham Əliyevlə rus dilində danışıb. Tərəflər arasında keçən maraqlı dialoqun görüntüləri isə Pakistan mediası və sosial şəbəkələrində geniş şəkildə paylaşılıb. Görüntülərdən Şahbaz Şərifin rus dili biliklərini nümayiş etdirməsi və bu dildə zarafatla rəqəmləri saymasını görmək mümkündür. Dialoq ətrafdakı şəxslər tərəfindən təbəssümlə qarşılanıb. Pakistan mediası Baş nazirin 6 dildə danışdığını vurğulayıb.
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi
- Vüsal Aslanov xəsarət alan sərnişinləri ziyarət etdi
- Xəzər dənizində zəlzələ oldu
- Kürdə suyun səviyyəsi artır: Proses nə vaxta kimi davam edəcək?