AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov Azərbaycan Premyer Liqasının 2023-2024-cü il mövsümündə 12 komandanın mübarizə aparacağını bildirib.
BUTA.TV xəbər verir ki, sabiq nazirin sözügedən açıqlaması tənqidlərə səbəb olub.
AFFA-nın baş katibi Sərxan Hacıyev E.Məmmədyarovun sözlərini təkzib edib və komanda sayının dəyişdirilməyəcəyini söyləyib:
"Premyer Liqada komanda sayı artırılmayıb. Bu məsələ əvvəldən də nəzərdə tutulmamışdı, gündəmdə də yox idi. Ola bilər, Elmar müəllim nəyisə səhv başa düşüb. Premyer Liqada 10 komanda olacaq. “Şamaxı” sonuncu yeri tutduğu üçün çempionatı tərk edir. “Araz Naxçıvan” isə Premyer Liqada mübarizə aparacaq".
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi
- Vüsal Aslanov xəsarət alan sərnişinləri ziyarət etdi
- Xəzər dənizində zəlzələ oldu
- Kürdə suyun səviyyəsi artır: Proses nə vaxta kimi davam edəcək?