ABŞ və İran arasında aparılan danışıqlarla bağlı yayılan xəbərlərdən böyük narahatlığımı ifadə edərək bildirirəm ki, Konqresin koordinasiyası olmadan atılan bu addım sizin hökumətinizin qanunlara riayət etmək niyyətini şübhə altına alır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol ölkə Prezidenti Co Baydenə yazdığı məktubunda deyib.
O, İranın uranın zənginləşdirilməsi istiqamətindəki təxribatçı hərəkəti barədə xəbərdarlıq edib.
Makkol Tehranın 84% zənginləşdirməyə hazır olmasına və ölkənin geridönməz nüvə bilikləri əldə etməsinə toxunub:
“İranın nüvə proqramını dayandırmaq əvəzinə onu məhdudlaşdıracaq istənilən razılaşma nüvə silahlarının yayılmaması haqqında beynəlxalq müqavilənin zəifləməsinə səbəb olacaq”.
O, İslam Respublikasının Yaxın Şərqdəki dağıdıcı fəaliyyətini də diqqətə çatdırıb:
“İran Ukrayna müharibəsində Rusiyaya hərbi dəstək göstərir. Bu rejim ABŞ torpaqlarında Amerika vətəndaşlarını öldürməyə cəhdlər edib. Bayden hökuməti hərbi önləyici rıçaqlarından istifadə etmək əvəzinə, İranın dağıdıcı fəaliyyətinin qarşısını almaq üçün apardığı danışıqlarla Tehran hökumətini mükafatlandırır”.
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi
- Vüsal Aslanov xəsarət alan sərnişinləri ziyarət etdi
- Xəzər dənizində zəlzələ oldu
- Kürdə suyun səviyyəsi artır: Proses nə vaxta kimi davam edəcək?