Çeçenistan rəhbərinin köməkçisi, “Əhməd” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov Adam Delimxanovun axtarışı üçün döyüşçülərini Marinski istiqamətindəki mövqelərdən çıxarır.
BUTA.TV xəbər verir ki, Alaudinov bu barədə Teleqram kanalında məlumat verib.
“Maryinski istiqamətində yerləşən bütün bölmələri tamamilə çıxarıb, Delimxanovun olduğu yerə gedirəm. Ramzan Kadırovdan əmr gəlib ki, nəyin bahasına olursa-olsun, onu tapmalıyıq. Bu əmri birmənalı şəkildə yerinə yetirəcəyik”, - Alaudinov bildirib.
Qeyd edək ki, ukraynalı siyasətçi Kirill Sazonov Adam Delimxanovun olduğu kortejin Zaporojye istiqamətində məhv edildiyini, Delimxanovla birgə 200 kadırovçunun da öldürüldüyünü yazmışdı.
Rusiya Dövlət Duması isə Delimxanovun ölmədiyini, yaralandığını bildirmişdi.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı