TƏBİB-də işdən çıxarılan müşavirlərin aylıq 15 min manat maaş alması ilə bağlı yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, TƏBİB sədrinin müşavirlərinin rəsmi əməkhaqları 15 000 deyil, 4200 manatdan başlayaraq 6000 manata qədər dəyişib. Lakin burada mühüm detal var: beş müşavirdən dördü yarım ştat əsaslarla çalışıb. Bu isə o deməkdir ki, həmin şəxslər göstərilən məbləğin tamını deyil, yarısını alıblar.
Bildirilir ki, yalnız bir müşavir – təchizat məsələləri üzrə müşavir Elnur Qurbanov tam ştatla fəaliyyət göstərib və tam əmək haqqı alıb.
Beləliklə, TƏBİB müşavirlərinin 15 min manat maaş alması ilə bağlı yayılan iddialar reallığı əks etdirmir. Mövcud rəqəmlər və ştat bölgüsü göstərir ki, ictimaiyyətə təqdim olunan məlumatlarla faktlar arasında ciddi fərq var.
Qeyd edək ki, TƏBİB-in işdən çıxarılan müşavirlərinin - Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublunun vəzifədən azad edilməsi ilə bağlı məlumat dünən yayılıb.
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi