ABŞ Dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl Səud ilə telefon danışığında Qəzza zolağında atəşkəslə bağlı razılaşmaların əldə olunmasının zəruriliyini müzakirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel məlumat verib.
"Dövlət katibi regional gərginliyin qarşısını almaq və İsrail ilə HƏMAS arasında atəşkəs razılaşmasını yekunlaşdırmaq üçün həyati əhəmiyyətli prosesi müzakirə edib", - yazılı açıqlamada deyilir.
Blinken Yəməndə husi üsyançılarının hərəkətlərindən, xüsusən də avqustun 3-də BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Sənadakı idarəsini ələ keçirməsindən narahatlığını ifadə edib.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi