Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alan var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə yolun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
”Hunday” markalı minik avtomobilin sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə fırlanaraq yol kənarındakı kanala düşüb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, Bakı sakini, 2006-cı il təvəllüdlü Qənbərli Əli Coşqun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi