Türkiyə Ankara və Dəməşqin yaxınlaşmasında İranın konstruktiv rol oynayacağına ümid edir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin İrandakı səfiri Hicabi Kırlangiç “Tasnim” agentliyinə müsahibəsində deyib.
Suriya ilə münasibətlərin normallaşdırılmasının vacibliyinə işarə edən səfir, Dəməşqdən gələn terror təhlükəsinin qarşısını almağa çağırıb.
Onun sözlərinə görə, xarici qüvvələrin, o cümlədən Türkiyə ordusunun Suriyadan çıxarılmasında israrlı olmaq ABŞ-ın ərəb ölkəsində əməlləri nəticəsində yaranan xaosa zəmin yaradacaq.
"Türkiyə Suriyadakı bir sıra terror qruplaşmalarının ABŞ-ın açıq-aşkar yardımı ilə təşkilata çevrildiyini yaxşı bilir. Biz Suriya ilə əlaqələr qurmağa sadiqik. Türkiyənin Suriya məsələsində İranın konstruktiv davranışına ehtiyacı var”, - səfir vurğulayıb.
Kırlangiç ölkəsinin bu mövzuda İranla təmasda olduğunu və birgə səylər göstərdiyini bildirib.
O qeyd edib ki, Türkiyə İranla irəliyə doğru addımlar atmağa ümid edir, çünki region belə şəraitdə bu problemlərin öhdəsindən gələ bilməz.
“Biz həqiqətən öz qərarlarımızı verməli, regionda sülh yaratmalı və sabitləşdirməliyik. Bu məsələdə İran və Türkiyə böyük rol oynayır”, - Kırlangiç əlavə edib.
Səfir söyləyib ki, Türkiyənin başqa ölkələrin torpağında gözü yoxdur və yalnız müvafiq yanaşmalar tətbiq etməklə öz təhlükəsizliyini təmin etməyə çalışır:
"Türkiyə hər zaman Suriyanın ərazi bütövlüyünü qorumağa üstünlük verir. Suriyanın parçalanması bölgədə böhranın kəskinləşməsinə səbəb ola bilər".
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi