Qızılhacılı kəndində mina partlayışı nəticəsində DSX və ANAMA əməkdaşlarının yaralanma xəbərindən çox təəssüfləndim.
BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniya səfiri Ferqus Auld bu gün Qazaxın Qızılhacılı kəndində baş vermiş mina partlayışına münasibət bildirərkən deyib.
“Onlara tezliklə sağalmalarını arzulayıram. Mina təhlükəsinə qarşı mübarizədə tərəfdaşlarımızla işləməyə davam edəcəyik", - o bildirib.
Qeyd edək ki, avqust ayının 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb.
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi