Rusiya Federasiya Şurasının üzvü Dmitri Savelyev qətlin təşkilində iştirakda şübhəli bilinib.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.
“Mövcud qanunvericiliyə tam uyğun olaraq, Rusiya baş prokuroru İqor Krasnov Federasiya Şurasına senator Dmitri Vladimiroviç Savelyevin qətlin təşkilində iştirakının müəyyən edilməsi səbəbindən toxunulmazlığının ləğv edilməsi təklifi ilə müraciət edib”, - məlumatda qeyd olunub.
Federasiya Şurası Dmitri Savelyevin toxunulmazlığını ləğv edib.
Məlumata görə, prokurorluq əməkdaşları Dmitri Savelyevi Federasiya Şurasının iclasından çıxarkən saxlayıblar.
Rusiya Baş Prokurorluğunun rəsmisi Andrey İvanov məlumatı təsdiqləyib.
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi