“Əl-Nəssr”də çıxış edən ulduz futbolçu Kriştianu Ronaldo sevgilisi Corcina Rodrigesi ilk dəfə “həyat yoldaşı” olaraq təqdim edib.
“BUTA.TV” xəbər verir ki, idmançı bunu fitnes brendi üçün çəkdirdiyi yeni videosunda bildirib. Bu isə onların evli olmaları haqda iddiaya səbəb olub.
“People” jurnalı Ronaldonun nümayəndəsindən məşhur futbolçunun evli olub-olmadığını soruşub. Təmsilçi “hazırda Kriştianunun Corcina ilə evli olub-olmadığı barədə məlumatım yoxdur”, - deyə cavab verib.
Qeyd edək ki, K.Ronaldo Corcina ilə 7 ildir birlikdədir. Cütlüyün Alana və Bella adlı iki qızı var. Ronaldonun digər uşaqları isə surroqat anadan dünyaya gəlib.
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi