Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 15-ci pilləyə yüksəlib.
BUTA.TV xəbər verir ki, bu, cüdoçu Zelim Kotsoyevin (100 kq) ötən gün qızıl mükafat əldə etməsi sayəsində mümkün olub.
Daha əvvəl digər cüdoçu Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb.
Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.
Qardaş ölkə Türkiyə və Ukrayna 35-ci (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 17-ci sıradadır.
İlk "üçlük"də Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc) və Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) yer alıb.
Hələlik 50 ölkə medal əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi