İtaliyanın cənubundakı Kalabriya regionunda 5 bal gücündə zəlzələ olub.
BUTA.TV xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumatına əsasən, episentri Mandatoriççio bələdiyyəsi olan zəlzələnin ocağı 21 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Kosenza əyalətində, episentrə yaxın bölgələrdə, həmçinin Apuliya regionunda və Siciliya adasında hiss olunub. Yeraltı təkandan sonra Kozenzada insanlar küçələrə axışıb.
İnsan tələfatı və dağıntı barədə məlumat yoxdur.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək