FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
BUTA.TV AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Litvada yerli “Panevejis” və İsrailin "Makkabi" (Təl-Əviv) komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.
Qeyd edək ki, avqustun 8-də Panevejis şəhərində yerləşən “Aukştaytiya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək