Azərbaycan Autizm Assosiyasının sədri Elnur Məmmədli deputatlığa namizədliyini irəli sürüb.
BUTA TV Bakupost.az-a istinadən xəbər verir ki, o, 81 saylı İmişli Seçki Dairəsidən millət vəkili seçilmək istəyir. E.Məmmədli artıq imza vərəqələrini Dairə Seçki Komissiyasına təqdim edib və onun namizədliyi təsdiqlənib. O, bu dairədə çox güman ki, Razi Nurullayevlə mübarizə aparacaq.
Qeyd edək ki, E.Məmmədli 2018-ci ildə keçmiş millət vəkili Hüseyn Abdullayevlə aralarındakı qalmaqalla gündəmə gəlmişdi. Onun şikayəti əsasında H.Abdullayevə cinayət işi açılmışdı. Keçmiş millət vəkili vergi cinayətləri ilə yanaşı, bu şikayətə görə də ittiham olundu. Bununla bağlı istintaq materallarında yazılır:
"H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.
Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib".
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək