Hizbullahın silahlı birləşmələrinin komandirlərindən birinin məhv edildiyi Beyruta hücumdan sonra İsrail hər tərəfdən özünə qarşı təhdidlər alır. İstənilən təcavüzə sərt cavab verməyə hazırıq.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu həmvətənlərinə televiziya ilə müraciətində deyib.
"İsrail vətəndaşları, bizi çətin günlər gözləyir. Beyrutdakı hücumdan sonra müxtəlif tərəfdən təhdidlər eşidirik. Biz istənilən ssenariyə hazırıq, həmrəy olacağıq və istənilən təhlükəyə qətiyyətlə qarşı çıxacağıq.
İsrail istənilən istiqamətdən istənilən təcavüzə görə yüksək səviyyədə cavab verəcək ", - o bildirib.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək