Xəbər verdiyimiz kimi, müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.
BUTA.TV TNS-ə istinadla xəbər verir ki, Kərəm Mustafayevin adı Müdafiə Nazirliyinin rəsmi saytından çıxarılıb.
Hazırda nazirliyin saytında Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı bölməsində heç bir məlumat yoxdur.
Qeyd edək ki, Kərəm Mustafayev 1983-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib.1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, Əlahiddə gücləndirilmiş motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə gücləndirilmiş motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrində xidmət edib.14 may 2014-cü il ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı