İranın keçmiş xarici işlər nazirinin müavini Abbas Arakçi böyük ehtimalla yeni Prezident Məsud Pezeşkianın hökumətində xarici siyasət idarəsinin rəhbəri olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi seçilmiş prezidentə yaxın mənbələrə istinadən məlumat yayıb.
Agentlik mənbələrinin məlumatına görə, Arakçi artıq Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri vəzifəsində çalışır. O, xüsusilə, İslami Müqavimət qruplarının liderləri və regionun dövlət başçıları ilə son telefon danışıqları zamanı seçilmiş prezidentə məsləhətlər verib.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı