Amazonun qurucusu və dünyanın ən zəngin iş adamlarından biri olan Ceff Bezos hər yay olduğu kimi bu yay da dostları ilə birlikdə Türkiyə sahillərinə üstünlük verib. Bezos Marmaris-Datça yolunda lüks bir restorana gedib və dostları ilə yediyi yemək üçün 100 min avro (184110 manat) ödəyib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, Ceff Bezos bu yaxınlarda 500 milyon dollar dəyərində “Koru” adlı ultra lüks yaxtası ilə Bodrumda lövbər salıb. Keçən il nişanlandığı Lauren Sançez ilə tətildə olan Bezos dünən axşam Datçada əsasən Aralıq dənizi və fransız mətbəxi yeməkləri təqdim edilən lüks restoranda yaxtasında qonaq etdikləri yaxın dostları ilə şam yeməyi yeyib.
Bezos dəbdəbəli restoranda dostları ilə yediyi yemək üçün 100 min avro (184110 manat) ödəyib.
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu