NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna şəhərlərinə raket hücumlarını pisləyib.
BUTA.TV xəbər verir ki, o, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostinlə görüş üçün getdiyi Pentaqonda danışıb.
“Ukraynada Rusiya amansız müharibəsini davam etdirir. Məhz bu gün biz Ukrayna şəhərlərinə edilən dəhşətli raket hücumlarının şahidi olduq ki, nəticədə günahsız dinc sakinlər, o cümlədən uşaqlar həlak oldu. Mən bu dəhşətli hücumları pisləyirəm. Rusiya başa düşməlidir ki, onlar bizi gözləməyə məcbur edə bilməzlər. Danışıqlar masasına oturmalı və Ukraynanın suveren müstəqil dövlət kimi üstün olacağına dair qərar qəbul etməli olacaqlar”, - Stoltenberq bildirib.
Baş katib NATO Zirvə Toplantısında Ukraynaya dəstəklə bağlı qərar veriləcəyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, ABŞ Rusiyanın “Oxmatded” uşaq xəstəxanasına hücumunun hərbi cinayət kimi dəyərləndirilməsini təklif edir.
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu