Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək.
BUTA.TV xəbər verir ki, günün yeganə matçı Münhendəki "Alyans Arena"da, İspaniya və Fransa yığmaları arasında gerçəkləşəcək.
Pireneylilər 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar.
Saat 23:00-da start götürəcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında sabah Niderland və İngiltərə yığmaları üz-üzə gələcək.
Avro-2024
Yarımfinal
9 iyul
23:00. İspaniya - Fransa
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Münhen, "Alyans Arena".
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu