Ermənistan baş naziri Nikol Paşinyanı heç kim ciddiyə almır və böyük ehtimalla onu heç kim xatırlamır.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
“Bu gün dünyada çox ciddi proseslər gedir, ona görə də dünya güclərinin əsas mövzusu Paşinyan deyil. Hazırda dünyanın əsas gücləri arasında qarşılıqlı münasibətlər və gələcək dünya nizamı həll olunur. İndi bu məsələyə aydınlıq gətirilir, koalisiyalar formalaşdırılır, əsas strateji kommunikasiyalar müəyyən edilir. Yəni indi Ermənistana indi böyük oyunda mübadiləyə çıxarılan regionun bir parçası kimi baxılır. İndiki dövrdə isə onları hakimiyyətə kimin gələcəyi maraqlandırmır. Amma Azərbaycana baxın. O da kiçik dövlətdir, amma qurduğu doğru siyasət nəticəsində o, eyni anda bütün güc mərkəzləri ilə oynayır. Bu gün bizim hökumətin siyasəti məhz Zəngəzurda nəzarətimizin itməsinə gətirib çıxaracaq.
Bu gün gündəmdəki məsələ oranı kimin idarə edəcəyidir - amerikalılar, ruslar yoxsa Azərbaycanın. Ən böyük sual İranın bu məsələdə özünün necə aparacağıdır?”, - deyə o bildirib.
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi
- Bakıda əməliyyat: Polisə balta ilə hücum etdi...
- Hər gün tıxac olurdu: tamamilə aradan qaldırıldı - Video