Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birləştik-2024” regional beynəlxalq təlimləri başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Hərbi kontingentlər iyulun 8-dən 17-dək Oymaşa poliqonunda, eləcə də Tokmak burnundan 2 km aralıda yerləşən dəniz sahəsində silahlı münaqişənin lokallaşdırılması üçün birgə əməliyyat hazırlayıb həyata keçirəcək. Taktiki epizodlar yerüstü və hava kəşfiyyat qrupları, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları, ordu və cəbhə aviasiya ekipajları, döyüş gəmiləri və katerləri, artilleriya ekipajları, hücum və tank bölmələrinin iştirakı ilə keçiriləcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, təlimlərə 4 minə yaxın hərbi qulluqçu, 700-ə qədər silah və hərbi texnika cəlb olunacaq.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi