Polşa Silahlı Qüvvələrinin komandanlığı sakinləri Rusiyanın Ukrayna ərazisinə hücumları ilə əlaqədar ölkənin cənub-şərq bölgələrində hərbi aviasiya uçuşları ilə bağlı xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, bu barədə Polşa ordusu məlumat yayıb.
Bildirilib ki, bu gecə Rusiyanın uzunmənzilli aviasiyası Ukrayna ərazisinin qərbində yerləşən hədəflərə zərbə endirib:
“Rusiya qoşunlarının Ukraynanın qərb vilayətlərinə hücumlarında sonuncu dəfə iyunun 21-dən 22-nə keçən gecə belə aktivlik qeydə alınıb. Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlar işə salınıb və Silahlı Qüvvələrin operativ komandanlığı vəziyyəti daim nəzarətdə saxlayır”.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi