Azərbaycanla Ermənistan arasında yeni eskalasiya ehtimalı qalır.
BUTA.TV xəbər verir ki, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin təhlilində deyilir. Agentlik hesab edir ki, sülh danışıqlarının davam etməsinə baxmayaraq, münasibətlər çətin olaraq qalacaq.
"Moody's" iki ölkə arasında iqtisadi inteqrasiya və ya ortaq geosiyasi maraqlar olmayacağı təqdirdə geosiyasi gərginliyin yüksək səviyyədə qalacağını proqnozlaşdırır.
Təhlildə qeyd olunur ki, bunlar olana qədər münaqişənin yeni eskalasiyası mümkündür.
“Hər iki tərəf hərbi potensialını artırmaqda, eyni zamanda sərhəddə vaxtaşırı atışmalar davam edir, bu isə o deməkdir ki, hərbi münaqişənin yeni alovlanması ehtimalı qalır”, - agentlik vurğulayır.
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı