İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərinin nəticələrini təsdiqləyib.
BUTA.TV İRNA-a istinadən xəbər verir ki, şura nümayəndəsi Hadi Tahan Nazif bildirib ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin yoxlanılması başa çatıb.
"Nəticələr təsdiqləndi", - deyə o bildirib.
İkinci turda iştirak edənlərdən heç biri şikayət etməyib.
Seçkilərin nəticələri təsdiq olunmaq üçün İran İslam Respublikasının rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunacaq.
Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, prezident seçilib.
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı