Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.
BUTA.TV xəbər verir ki, 2024-cü ilin ilk matçında "Sabah" "Neftçi"ni qəbul edib.
"Bank Respublika Arena"da reallaşan qarşılaşma qolsuz başa çatıb.
29-cu xalını qazanan "Neftçi" ikinci sıradakı "Zirə"yə çatıb. Meydan sahibləri isə 23 xalla yeddincidir.
Qeyd edək ki, XIX turun digər görüşləri yanvarın 22-23-də gerçəkləşəcək.
- Məktəblilər arasında dava: valideyn bıçaqlandı
- DYP-dən sürücülərə çağırış
- Bu ərazilərə qar yağdı
- 25 yaşlı gənc iş yerində öldü
- Qobustanda stansiya ərazisində güclü yanğın - Video
- Bakıda 7 avtobusun hərəkət istiqaməti dəyişdirildi
- Gecə restorandan çıxarkən ov tüfəngi ilə vuruldu
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto