Dövlət torpaqlarının icarə haqqı yeni qaydada hesablanacaq

14:14 - 8 May 2026 - GÜNDƏM

 Dövlət torpaqlarının icarə haqqı yeni qaydada hesablanacaq

“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət torpaq sahələrinin illik icarə haqqının hesablanmasında yeni faiz dərəcələri və əmsallar tətbiq olunacaq.

Yeni qaydaya əsasən, illik icarə haqqı məbləği torpağın bazar dəyəri əsas götürülməklə aşağıdakı dərəcələrlə müəyyən edilir:

Bakı şəhəri üzrə: Bazar dəyərinin 3 faizi miqdarında;

Digər şəhər və rayonlar üzrə: Bazar dəyərinin 2 faizi miqdarında.

Müəyyən edilmiş bu məbləğlərə torpaq sahəsinin ölçüsündən asılı olaraq xüsusi əmsallar vurulacaq.

Sahə ölçüsünə görə tətbiq edilən yeni əmsallar:

Qərarda torpaq sahəsinin ölçüsü artdıqca tətbiq edilən əmsalların azaldılması (regressiv model) nəzərdə tutulub:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol