Masazırda ciddi narahatlıq: Dronlarla nəzarət... - VİDEO

17:32 - 6 May 2026 - KRİMİNAL

 Masazırda ciddi narahatlıq: Dronlarla nəzarət... - VİDEO

Masazır qəsəbəsində son aylarda təhlükəsizliklə bağlı əhali arasında ciddi narahatlıqlar yaranıb.

BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə bloger Nail Kəmərli paylaşım edib. Onun sözlərinə görə, son 2-3 ayda qəsəbədə vəziyyət xeyli dəyişib. Sakinlər bildirir ki, məhəllələrdə naməlum şəxslərin görünməsi, gecə saatlarında baş verən şübhəli hərəkətlər onları ciddi şəkildə narahat edir.

N.Kəmərli qeyd edib ki, ən narahatedici məqam əraziyə dron vasitəsilə nəzarət edildiyi ilə bağlı iddialardır:

“Bu artıq adi hal deyil. Bu, insanların öz evində belə özünü güvəndə hiss etməməsidir.

Valideynlər övladlarını çölə buraxmağa qorxur. Gecələr pəncərədən baxanda nə ilə qarşılaşacağını bilmirsən. Bu vəziyyət nə vaxta qədər davam etməlidir?

Sakinlər aidiyyəti qurumlara səslənir: Artıq gec olmadan tədbir görün!”

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, ərazi nəzarətə götürülüb:

“Ərazi üzrə daxil olan müraciətlər qeydə alınıb, müvafiq tapşırıqlar verilib. Araşdırma aparılır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol