Bərdə rayonunda “SkyFit” idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, idman zalı Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən Atakişiyev Məhər Mehdiqulu oğluna məxsus olub.
"Baxış zamanı idxal sağlamlıq aktı və müşayiətedici sənədləri olmayan bioloji aktiv qida məhsulları aşkarlanaraq satışdan kənarlaşdırılıb və məhdudlaşdırcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub.
Agentlik sahibkarlara müraciət edərək bildirir ki, idman qidaları və bioloji aktiv qida məhsullarının istehsalı, idxalı və satışı mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Xüsusilə sosial şəbəkələr üzərindən qeydiyyatsız və qanunsuz formada bu məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektləri öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmalıdırlar.
AQTA istehlakçıları bu məhsulları əldə edərkən, satıcının rəsmi qeydiyyatının mövcudluğunu, məhsulların idxal sağlamlıq aktına malik olmasını, eləcə də BAQM-ların dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırış edir. İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır.
Bu sahədə nəzarət tədbirləri davam etdirilir. Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görüləcək", - məlumatda qeyd olunub.
- Sumqayıtda maşın yolu çökdü
- Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - Foto
- DOST Mərkəzində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...