Avropa Birliyinin (AB) Türkiyəyə ehtiyacı Ankaranın AB-yə ehtiyacından daha çoxdur.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra deyib.
“Bu gün Avropanın Türkiyəyə olan ehtiyacı daha çoxdur. Sabah bu ehtiyac daha da artacaq. Son zamanlar Avropa tərəfinin Türkiyənin qitədəki mövqeyi ilə bağlı başlatdığı müzakirələrin şahidi oluruq. Vəziyyəti aydınlaşdırmağa məcburuq: məsələ bu gün Ankaranın mövqeyində deyil, Brüsselin gələcək dünyada harada yer almaq istədiyindədir. Artıq aydın olmalıdır ki, Türkiyənin tamhüquqlu üzvü olmadığı AB qlobal oyunçuya və ya ağırlıq mərkəzinə çevrilə bilməz”, - Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, AB-nin Türkiyəyə qarşı strateji uzaqgörənliyi çatışmır:
“Lakin Brüsseldə unutmamalıdırlar ki, Türkiyə artıq əvvəlki ölkə deyil və dünya da əvvəlki kimi yalnız Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır”.
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni
- İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!