“Qanun deyir ki, Dövlət Vergi Xidmətinin (DVK) banka müraciət edərək, sahibkarın kart əməliyyatları ilə bağlı məlumat almaq hüququ var. Öz növbəsində, bank bu barədə vətəndaşa dərhal məlumat verməlidir. DVK əksər hallarda vətəndaşların bank hesabları üzrə məlumatları qanunsuz əldə edir. Daha dəqiq desək, vətəndaşların xəbəri olmadan”.
Bu sözləri vəkil Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, Dövlət Vergi Xidmətinin vətəndaşların fərdi bank hesablarına müdaxiləsi düzgün deyil: Marqarita pizza
“Kartdan-karta ödənişlərlə bağlı yanaşma Mərkəzi Bankın deyil, Dövlət Vergi Xidmətinin yanaşmasıdır. Mərkəzi Bank sadəcə bu qurumun mövqeyini ifadə edir. DVX deyir ki, sahibkarın hüquqi VÖEN-lə yanaşı, hər bir vətəndaş kimi şəxsi bank hesabı da var. Həmin sahibkarın şəxsi bank hesabına çoxsayılı insanlardan pullar gəlir.
Birinci sual: Dövlət Vergi Xidməti bunu necə müəyyən edib? Əslində, məsələ bir az başqadır. Qanun deyir ki, DVX banka müraciət edərək, sahibkarın kart əməliyyatları ilə bağlı məlumat almaq hüququ var. Bank bu barədə vətəndaşa dərhal məlumat verməlidir. Dövlət Vergi Xidməti əksər hallarda vətəndaşların bank hesabları üzrə məlumatları qanunsuz əldə edir. Daha dəqiq desək, vətəndaşların xəbəri olmadan”.
Ləğv edilən “Bakı Taksi Xidməti”nin rəhbəri kimdir? - MARAQLI FAKTLAR
Hüquqşünas qeyd edib ki, DVX vətəndaşların hüquqlarını ciddi şəkildə pozur:
“Tutaq ki, sahibkarın şəxsi bank hesabına il ərzində 10 min manat pul gəlir. DVX götürüb bütün bu məbləğin hamısını vergiyə cəlb edir. Dövlət Vergi Xidməti vergini hesablayır, vətəndaşa göndərir və bank hesablarına həbs qoyur. Yəni şəxsin fəaliyyətini imtina edir. Vətəndaş məcburdur ki, ya DVX ilə müəyyən razılığa gəlsin, ya da məhkəməyə müraciət etsin. Qanunvericilikdə təqsirsizlik prezumpsiyası var. Hesabıma müəyyən məbləğ daxil olub, sən sübut et ki, bu sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Dövlət Vergi Xidməti isə bunu sübut edə bilmir və edə də bilməz. İstənilən vətəndaşın hesabına istənilən məbləğdə pul gələ bilər”.
Ə.Həsənov əlavə edib ki, belə yanaşma nağdsız ödəniş əməliyyatlarının azalmasına gətirib çıxaracaq:
“Doğrudur, sahibkarlar da tam günahsız deyil. Onların da bir çoxu vergi ödəməmək üçün “kartdan-karta” üsulundan tez-tez istifadə edir. Amma gəl bunu sübut elə görüm? Tutaq ki, mən borc vermişəm, borclu da həmin məbləği kartıma göndərir. Dövlət Vergi Xidmətinin bunu vergiyə cəlb etməyi nə dərəcədə məntiqlidir? Belə yanaşma sahibkarları nağdlı ödəniş üsulundan istifadəyə sövq edə bilər. Sahibkar deyəcək ki, ay müştəri ödənişi karta atma, get nağdlaşdır gətir ver. DVX-nin bundan xəbəri olacaq? Yox. Heç bir sivil ölkədə vergi orqanı belə yollara əl atmır. Çünki bilir ki, belə yanaşma vətəndaşlar arasında nağdsız hesablaşmaların sayını kəskin azaldacaq”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov son mətbuat konfransında bildirib ki, Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür:
“Bəzən gün ərzində bir şəxsin hesabına 10, 50, 100, 200 manat olmaqla müxtəlif kartlardan mədaxillər olur. Bank bunu təhlil eləyəndə bəzən şübhələnir, əməliyyatlar barədə məlumatları qanuna əsasən Maliyyə Monitorinqi Xidmətinə göndərir. Xidmət özü də təhlil eləyib bu qənaətə gəlsə ki, burada vergidən yayınma halı var, bu barədə Dövlət Vergi Xidmətinə məlumat verir".
- Bu qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək – Cədvəl
- Bu pozuntuya görə cərimə balı ləğv edilməlidir
- Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - Foto
- İrana casusluq edən İsrail əsgərləri həbs olundu
- Bakıda qəribə hadisə: Maşınlara yumurta atıb... - Video
- Dövlət torpaqlarının icarə haqqı yeni qaydada hesablanacaq
- ADY Yevlax–Bərdə xəttində əsaslı təmir işlərinə başlayır
- Xüsusi icra məmuru olmaq istəyənlərin nəzərinə!