Gecikdirilmiş 292,3 min manat işçilərə ödənildi

19:18 - 7 May 2026 - GÜNDƏM

 Gecikdirilmiş 292,3 min manat işçilərə ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 292,3 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Bu barədə BUTA.TV-a ƏƏSMN-dan məlumat verilib.

Bildirilib ki, həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 91 faizi əməkhaqqı, 9 faizi isə müavinət və kompensasiya, zərərə görə ödəncdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 50 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol