Xüsusi İcra Məmurları üçün 2026-cı ilin 12 iyun tarixində test imtahanı keçiriləcək.
Bu barədə BUTA.TV-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək imtahan saat 10:00-da başlanacaq.
Test imtahanı mərkəz tərəfindən ödənişli əsaslarla keçiriləcək. Bununla əlaqədar, hər bir namizəd imtahana buraxılış vərəqəsini Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.
“Kartdan karta” ödənişlərdə vergi tutulacaq? - “Sübut et ki, bu sahibkarlıq fəaliyyəti ilə bağlıdır”
İmtahanda namizədlərə xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, digər sualların hər biri 0.5 balla qiymətləndiriləcək. Test imtahanında mümkün 80 baldan 55 və daha artıq bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.
Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlarla namizədlər linkə daxil olaraq tanış ola bilərlər.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslər "Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma Qaydası"nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına təqdim etməlidirlər.
Təqdim etdiyi sənədlərə görə "Xüsusi icra məmurları haqqında" Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar.
- Bu qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək – Cədvəl
- Bu pozuntuya görə cərimə balı ləğv edilməlidir
- Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - Foto
- İrana casusluq edən İsrail əsgərləri həbs olundu
- Bakıda qəribə hadisə: Maşınlara yumurta atıb... - Video
- Dövlət torpaqlarının icarə haqqı yeni qaydada hesablanacaq
- ADY Yevlax–Bərdə xəttində əsaslı təmir işlərinə başlayır
- Xüsusi icra məmuru olmaq istəyənlərin nəzərinə!