Məktəblilər arasında dava: valideyn bıçaqlandı

11:30 - 9 May 2026 - KRİMİNAL

 Məktəblilər arasında dava: valideyn bıçaqlandı

Cəlilabad rayonunda məktəblilər arasında mübahisə valideynlərin iştirakı ilə qanlı hadisəyə çevrilib. Hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, iki məktəbli arasında yaranan mübahisədən sonra onların valideynləri — Nicat Cəbiyev və İlqar Quliyev məsələni aydınlaşdırmaq üçün görüşüblər.

Mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol