Mayın 10-14-də Azərbaycanda keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının birinci mərhələsinin finiş xətti Sumqayıt şəhərində olacaq.
BUTA.TV “Unikal”a istinadla xəbər verir ki, bununla əlaqədar şəhərin bir sıra prospekt və küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
Belə ki, mayın 10-da Sülh prospekti, Koroğlu prospekti, Üzeyir Hacıbəyov küçəsi, Zülfü Hacıyev küçəsi, Heydər Əliyev prospekti və Azərbaycan prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Mayın 11-də isə Sahil küçəsi, Bulvar küçəsi, Polad Həşimov küçəsi, Səməd Vurğun küçəsi və Sülh prospektində yollar bağlı olacaq.
“Kartdan karta” ödənişlərdə vergi tutulacaq? - “Sübut et ki, bu sahibkarlıq fəaliyyəti ilə bağlıdır”
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından qeyd olunan tarixlərdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri, yol hərəkəti qaydalarına və aidiyyəti qurumların əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunur.
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı
- Qalmaqallı veriliş "Birinci kanal"ının saytından silindi
- Bakıda iki küçə təmirə bağlanır
- DTX-də elmi-praktiki konfrans keçirildi - Foto
- Mirzoyanın Okamponun əli ilə Qarabağ "isteriyası" - VİDEO
- 805 manat hesab gəldi, restoranı tənqid etdi - FOTO